Samuxda piyadanı vuraraq öldürən sürücü saxlanılıb - YENİLƏNİB-2
- 15 oktyabr, 2017
- 19:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Samux. 15 oktyabr. REPORT.AZ/ Samuxda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, idarə etdiyi "VAZ-2106" markalı avtomobil ilə E.Quliyevi vurub öldürən rayon sakini, 1986-cı il təvəllüdlü Sabir Məmmədov polis tərəfindən saxlanılıb.
Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
***21:13
Samux rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı Samux rayon sakini, 1979-cu il təvəllüdlü Elnur Oktay oğlu Quliyev ölüb.
***21:02
Samux . 15 oktyabr. REPORT.AZ/ Samux rayonunda piyadanı avtomobil vuraraq öldürüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun İnstitut Qəsəbəsində baş verib.
Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən kişini vurub. Piyada keçinib. Onun şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.