Samuxda kürəkən bıçaqlanıb, qayınata və qayın müxtəlif xəsarətlər alıb

Samuxda kürəkən bıçaqlanıb, qayınata və qayın müxtəlif xəsarətlər alıb Samux rayonunda qohumlar arasında yaranmış münaqişə zəminində 1 nəfər bıçaqlanıb, daha 2 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Hadisə
19 Sentyabr , 2020 04:21
Samuxda kürəkən bıçaqlanıb, qayınata və qayın müxtəlif xəsarətlər alıb

Samux rayonunda qohumlar arasında yaranmış münaqişə zəminində 1 nəfər bıçaqlanıb, daha 2 nəfər müxtəlif xəsarətlər alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qovlarsarı kəndində baş verib.

Belə ki, qohumlar arasında yaranan münaqişə nəticəsində Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Həsənov kürək nahiyəsindən bıçaqlanıb. O, təcili tibbi yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və Cərrahiyyə Şöbəsinə yerləşdirilib. Əməliyyat edilən yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, münaqişə zəminində onun qayınatası, 1973-cü il təvəllüdlü Rafael Ələkbərov və qayını, 1999-cu il təvəllüdlü Əli Ələkbərov da xəsarət alıblar. Lakin onların xəsarətləri ağır olmadığından xəstəxanaya yerləşdirilməyiblər.

V.Həsənovun qaynatası R.Ələkbərov tərəfindən bıçaqlandığı bildirilsə də, məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi