Samuxda həmyerlisini öldürən şəxsin ibtidai istintaqı başa çatıb
Hadisə
- 21 noyabr, 2018
- 05:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 noyabr. REPORT.AZ/ Samux rayonunda qətl törətməkdə təqsirləndirilən Rəşad Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 3-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il iyunun 15-də Samux rayonunun Ağasıbəyli kəndində baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Rəşad Məhərrəmov həmyerlisi 1966-cı il təvəllüdlü Əhmədov İntiqam İmamverdi oğlu ilə birgə kafedə yemək yeyəndən sonra onu bıçaqlayaraq qətlə yetirib.
Daha sonra R.Məhərrəmov saxlanılıb.
Son xəbərlər
23:03
Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
Energetika
22:57
Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq
Region
22:48
Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək
Xarici siyasət
22:47
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu 38 yaşında dünyasını dəyişib
Futbol
22:39
Foto
"Afyon qətliamı"nı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb – Yenilənib
Region
22:28
"Bloomberg": Qətər ABŞ-dən mayeləşdirilmiş təbii qaz alışını artırmağı planlaşdırır
Digər ölkələr
22:15
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Region
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region