Samuxda ər özündən 14 yaş böyük arvadını döyüb

Hadisə
  • 13 yanvar, 2018
  • 12:08
Samuxda ər özündən 14 yaş böyük arvadını döyüb

Samux. 13 yanvar. REPORT.AZ/ Samux rayonunda ailə münaqişəsi zamanı ər arvadına xəsarət yetirib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun İnistut qəsəbəsində yaşayan, 1969-cu il təvəllüdlü S.Əsgərova ailə münaqişəsi zamanı özündən 14 yaş kiçik əri tərəfindən düyülüb. 

Qadın üz və baş nahiyəsindən xəsarət alıb. Yaxınları S.Əsgərovanı xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.