Samuxda avtomobil qəzası olub, 2 nəfər xəsarət alıb

Hadisə
  • 10 iyun, 2020
  • 06:54
Samuxda avtomobil qəzası olub, 2 nəfər xəsarət alıb

Samux rayonunun Ağasbəyli kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, kənd ərazisində hərəkətdə olan minik avtomobillin maneəyə çırpılması nəticəsində 2 nəfər - Ağsbəyli kənd sakini, 1997-ci il təvəllüdlü İlkin Kazımzadə və 2000-ci il təvəllüdlü Elməddin Xəlilov xəsarət alıb. 

Hər iki şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.