Samuxda yarımstansiyasında qəza, xəsarət alan var

Samuxda yarımstansiyasında qəza, xəsarət alan var Samux rayonunda bədbəxt hadisə baş verib.
Hadisə
20 İyul , 2020 21:40
Samuxda yarımstansiyasında qəza, xəsarət alan var

Samux rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ziyadlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1962-ci il təvəllüdlü İslam Əlinağı oğlu Bayramov çalışdığı yarımstansiyada təmir işləri görülən zaman yaranmış qısaqapanma nəticəsində yanıq xəsarətləri alıb.  

Yaralı öncə Samux Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi