Samux. 1 dekabr. REPORT.AZ/ Samux rayonunda 26 yaşlı qadın intihara cəhd edib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Ağasbəyli kənd sakini, 1991-ci il təvəllüdlü Yazgül Vahid qızı Məşdiyeva yaşadığı evdə kimyəvi maddə içərək özünü zəhərləyib. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir.
Ailəli olan qadının hansı səbəbə görə intihara cəhd etməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.