Yuxarı

​Samux rayonunda avtomobil kanala aşıb, sürücü ölüb - FOTO

Aşan avtomobil kanaldan qaldırıcı kranın köməkliyi ilə çıxarılıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Samux rayonunda avtomobil kanala aşıb. "Report"un məlumatına görə, hadisə rayonun Qarayeri-Qovlar Sarı avtomobil yolunda baş verib. Samux rayonunda yaşayan Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Həsənov Səbuhi Akif oğlu idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı su kanalına aşırıb. Qəza nəticəsində S.Həsənov hadisə yerində ölüb. Aşan avtomobil kanaldan qaldırıcı kranın köməkliyi ilə çıxarılıb.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi