Samur-Abşeron kanalında 19 yaşlı gənc batıb - YENİLƏNİB

Hadisə
  • 28 aprel, 2019
  • 11:30
Samur-Abşeron kanalında 19 yaşlı gənc batıb - YENİLƏNİB

Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində suya düşərək boğulan gəncin kimliyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu, 2000-ci il təvəllüdlü Ələkbərov İmamyar Ağabala oğludur. 

Onun axtarışları davam edir. 


*** 12:48

Samur-Abşeron kanalında yeniyetmə suda boğulub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə kanalın Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan su kanalına düşərək boğulub. 

 Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri və xilasedicilər cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb.