Rusiya vətəndaşları Şamaxıda yol qəzasına düşüb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB

Rusiya vətəndaşları Şamaxıda yol qəzasına düşüb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB Şamaxı rayonunda yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
Hadisə
6 Aprel , 2019 15:54
Rusiya vətəndaşları Şamaxıda yol qəzasına düşüb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB

Şamaxı rayonunda yol qəzasında xəsarət alanların kimliyi məlum olub. 

"Report"un Şirvan bürosunun məlumatına görə, bunlar Şamaxı rayon sakini, 1952 il təvəllüdlü Nadir Qədir oglu Qədirov, Kürdəmir rayon sakini, 1985-ci il təvəllüdlü Rəvan Əlibaba oğlu Məlikov və Rusiya vətəndaşları - 1967-ci il təvəllüdlü Nataliya Məlikova və 1989-cu il təvəllüdlü Nərmin Məlikovadır. 

Digər iki nəfərin isə xəsarəti yüngül olduğundan ilkin yardım göstərildikdən sonra evə buraxılıb. 


*** 14:21

Şamaxı rayonunda yol qəzası baş verib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə aprelin 6-da günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 119-cu kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb. 

İki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, xəsarət alanlardan ikisi Rusiya vətəndaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi