Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, avqustun 19-da daxil olmuş məlumat əsasında Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Pirqulu qəsəbəsi ərazisində yerləşən “Fortuna” restoranında Çarhan kənd sakini Aləm Cəfərovun qardaşı Şamoya toy məclisi təşkil etməsi faktı aşkar edilib.
Polis əməkdaşları tərəfindən məclis dayandırılıb, restoranın sahibi Hilal Bəkirov, A.Cəfərov və toyda iştirak edən 11 nəfər saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Karantin rejimi qaydalarını pozduqlarına görə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə protokollar tərtib edilib, H.Bəkirov 1500 manat, digərləri isə 200 manat məbləğində cərimə olunublar.