Şamaxıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Şamaxıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası dekabrın 22-nə təyin edilib
Hadisə
15 Dekabr , 2016 12:24
Şamaxıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayonunda qardaşını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən Rəşidzadə Azad Əli oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 22-nə təyin edilib.

İttiham aktına əsasən, Şamaxı rayon sakini 1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə qardaşı 1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib. Nəticədə ağır xəsarətlər alan A.Rəşidov hadisə yerində dünyasını dəyişib.

Bundan başqa, hadisə zamanı A.Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı 1982-ci il təvəllüdlü İbadova Möminə Əlişah qızına da atəş açıb. Güllə qadının qolunu yaralayıb. Daha sonra M.İbadova Şamaxı rayon Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən A.Rəşidzadə isə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi