Şamaxıda yol qəzasında yaralananların adları məlum olub - FOTO - YENİLƏNİB

Şamaxıda yol qəzasında yaralananların adları məlum olub - FOTO - YENİLƏNİB Şamaxı. 24 fevral. REPORT.AZ/ Şamaxı rayonunda baş vermiş yol qəzasında yaralananların şəxsiyyəti məlum olub.
Hadisə
24 Fevral , 2019 15:08
Şamaxıda yol qəzasında yaralananların adları məlum olub - FOTO - YENİLƏNİB

Şamaxı. 24 fevral. REPORT.AZ/ Şamaxı rayonunda baş vermiş yol qəzasında yaralananların şəxsiyyəti məlum olub.

"Report"un Şirvan bürosunun məlumatına görə, bunlar 1976-cı il təvəllüdlü Salyan rayon Qaracalı kənd sakini Ağarzayev Şahin Bayram oğlu və Şirvan rayon sakini Süleymanova Təranə Əliqulu qızıdır.


***12:16

Şamaxı. 24 fevral. REPORT.AZ/ Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Şamaxı-Padarçöl yolunun 45-ci kilometrliyində qeydə alınıb. 

Belə ki, Padarçöl istiqamətində hərəkətdə olan "NİSSAN" markalı minik maşını idarəetməni itirərək  yoldan çıxıb və avtomobil aşıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə zamanı ağı bədən xəsarətləri alan bir qadın və bir kişi "təcili yardım" maşını ilə Şamaxı Rayon Mərkəzi Xəstəxansına çatdırılıb. Şəxsiyyətləri hələlik məlum olmyana qadın və kişinin vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi