Şamaxıda maşın yoldan çıxaraq aşıb, 1 nəfər ağır xəsarət alıb - FOTO

Şamaxıda maşın yoldan çıxaraq aşıb, 1 nəfər ağır xəsarət alıb - FOTO Yaralı xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib
Hadisə
26 Noyabr , 2017 17:51
Şamaxıda maşın yoldan çıxaraq aşıb, 1 nəfər ağır xəsarət alıb - FOTO

Şamaxı. 26 noyabr. REPORT.AZ/ Şamaxı-Pirqulu yolunun Çuxuryurd kəndində avtomobil yoldan çıxaraq aşıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, nəticədə "KİA" markalı "90-İJ-953" dövlət qeydiyyat nişanlı maşında olan sərnişin, 1979-cu il təvəllüdlü Şamaxı rayon sakini Ağakərimov İlham Dilavər oğlu başından ağır xəsarət alıb.

Yaralı Şamaxı Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi