Şamaxıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb

Şamaxıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb Şamaxı rayonunda 17 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Hadisə
1 Oktyabr , 2022 08:11
Şamaxıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb

Şamaxı rayonunda 17 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, 2005-ci il təvəllüdlü Quliyev İnqilab Sahil oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Hadisə zamanı xəsarət alan İ.Quliyev təcili tibbi yardımın köməkliyilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin sonra Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi