Şamaxıda azyaşlı uşaq su qusuyuna düşərək boğulub

Hadisə
  • 17 mart, 2019
  • 16:47
Şamaxıda azyaşlı uşaq su qusuyuna düşərək boğulub

Şamaxı rayonunda uşaq suda boğulub.

"Report"un Şirvan bürosuna görə, hadisə bu gün axşam saatlarında, rayonun Göylər kəndində qeydə alınıb.

Kənd sakini, 3 yaşlı Günay Qasımova həyətdə oynayarkən su quyusuna düşərək boğulub. Valideynləri dərhal G.Qasımovanı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparıb. Xəstəxanaın Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyəti ağır olduğundan, o, Bakı şəhərinə göndərilib.