Şamaxıda 8 yaşlı uşaq ağacdan yıxılaraq ağır xəsarət alıb

Şamaxıda 8 yaşlı uşaq ağacdan yıxılaraq ağır xəsarət alıb Şamaxı. 17 may. REPORT.AZ/ Şamaxı rayonunda 8 yaşlı uşaq ağacdan yıxılaraq ağır xəsarət alıb.
Hadisə
17 May , 2018 20:45
Şamaxıda 8 yaşlı uşaq ağacdan yıxılaraq ağır xəsarət alıb

Şamaxı. 17 may. REPORT.AZ/ Şamaxı rayonunda 8 yaşlı uşaq ağacdan yıxılaraq ağır xəsarət alıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Muğanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2010-cu il təvəllüdlü Cavid Vadil oğlu Rəsullu həyətlərindəki alça ağacından yıxılıb.

O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi