Şamaxıda 4 yaşlı uşağı avtomobil vurub

Şamaxıda 4 yaşlı uşağı avtomobil vurub Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
18 Dekabr , 2017 23:04
Şamaxıda 4 yaşlı uşağı avtomobil vurub

Şamaxı. 18 dekabr. REPORT.AZ/ Şamaxıda 4 yaşlı uşağı avtomobil vurub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nazim Hikmət küçəsində baş verib.

Belə ki, 2013-cü il təvəllüdlü Etibarlı Hüseyn Nemət oğlu küçədə oynayarkən onu avtomobil vurub. Ağır xəsarət almış uşaq xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olduğundan H. Etibarlı daha sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi