Naxçıvanda lotereya adı altında qadınları aldatmaqda şübhəli bilinən şəxslər saxlanılıb

Naxçıvanda lotereya adı altında qadınları aldatmaqda şübhəli bilinən şəxslər saxlanılıb Şamaxı sakinləri Naxçıvanda məsuliyyətə cəlb olunub
Hadisə
30 Yanvar , 2023 10:49
Naxçıvanda lotereya adı altında qadınları aldatmaqda şübhəli bilinən şəxslər saxlanılıb

Naxçıvanda lotereya adı altında qadınları aldatmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

"Report" un Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə lotereya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri - Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məhsuliyətə cəlb ediliblər.

Araşdırmalarda onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək əsasən də qadınlara lotereya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarının 100-500 manata satdıqları aşkarlanıb.

"Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyyə olunur", - məlumatda qeyd olunub.

Faktla bağlı araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi