Bakı. 13 iyun. REPORT.AZ/ Şamaxı sakini bədbəxt hadisə nəticəsində ölüb.
“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 12-də Şamaxı şəhərində yaşayan İslam Allahverdiyev nəfəs borusunda alma qalması nəticəsində boğulub.
Faktla bağlı araşdırma aparılır.