Salyanda bir ailənin 3 üzvü qəzaya düşüb, 4 yaşlı uşaq ölüb - YENİLƏNİB
- 19 aprel, 2019
- 08:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, Salyan rayonunun Şəkərli kənd sakini, 1985-ci il təvəllüdlü Səxavət Səlamət oğlu Rzayev idarə etdiyi "OKA" markalı avtomobillə hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb. Nəticədə avtomobilin sürücüsü S.Razayev və avtomobildə olan sərnişinlər Qaradağ rayonunun Ələt qəsəbəsinin sakinlər - 1988-ci il təvəllüdlü Mail Babalar oğlu Əhlimanov, onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Asudə Sahib qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların övladı, 2015-ci il təvəllüdlü Ruslan Mail oğlu Əhlimanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
*** 11:40
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "OKA" markalı avtomobil idaretmədən çıxaraq yolun kənarındakı su kanılına aşıb.
Qəza nəticəsində sürücü və onun həyat yoldaşı xəsarət alıb, 4 yaşlı uşağı isə ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunublar.
Yaralılar "təcili yardım" maşınları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.