Salyanda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər yaralanıb

Salyanda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər yaralanıb Hadisə gecə saatlarında baş verib
Hadisə
27 İyun , 2017 08:23
Salyanda yük maşını ilə minik avtomobili toqquşub, 1 nəfər yaralanıb
Report.az

Salyan. 27 iyun. REPORT.AZ/ Gecə saatlarında Salyan rayonu ərazisində "VAZ" markalı minik avtomobili "Shacman" markalı yük maşını ilə toqquşub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə nəticəsində "VAZ"-ın sürücüsü Məhəmməd Cəbrayılov deformasiyaya uğrayan avtomobilin arasında sıxılmış vəziyytdə qalıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi