Salyanda yük maşını ağaca çırpılıb, yaralanan var
Hadisə
- 27 yanvar, 2018
- 15:39
Salyan. 27 yanvar. REPORT.AZ/ Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Bəydili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Biləsuvar sakini, 1996-cı il təvəllüdlü Nadirov Kamran Əhliman oğlu idarə etdiyi “Kamaz” markalı yük maşını ilə hərəkətdə olarkən qarşısına minik avtomobili çıxıb. Sürücü onunla toqquşmamaq üçün yük maşınını kənara çəkmək istəyib, elə bu zaman yol sürüşkən olduğundan yük maşını idarəetməni itirərək yolun kənarındakı ağaclara çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Kamran Nadirov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmaaparılır.
Son xəbərlər
16:39
"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır
Futbol16:32
Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatıb - YENİLƏNİB
Digər ölkələr16:23
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
Hadisə16:10
Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb
Digər ölkələr16:09
"Azəralüminium" ixrac gəlirlərini 46 % artırıb
Sənaye16:03
Foto
"Yay Fest 2026"nın "Startap və Sahibkarlıq" düşərgəsi başa çatıb
Daxili siyasət15:51
Bakı-Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb
İnfrastruktur15:36
Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 15 %-ə yaxın artıb
Maliyyə15:29
Video