Salyanda yol qəzasında 2 nəfər ölüb - YENİLƏNİB

Salyanda yol qəzasında 2 nəfər ölüb - YENİLƏNİB Salyan. 26 mart. REPORT.AZ/ Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adı məlum olub.
Hadisə
26 Mart , 2018 12:03
Salyanda yol qəzasında 2 nəfər ölüb - YENİLƏNİB

Salyan. 26 mart. REPORT.AZ/ Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adı məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun 4-cü kilometrliyində Salyan rayonunun Qırxçıraq kəndi ərazisində baş verib.

Belə ki, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Rauf Sahib oğlu Quliyev idarə etdiyi "VAZ-2107" markalı, 09-BO-697 dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olan zaman maşını su kanalına aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Ağdaş rayonunun Ləki qəsəbə sakini, 1983-cü il təvəllüdlü Qərib Yenidünya oğlu Quliyev avtomobilin içində boğularaq ölüblər. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


***11:52

Salyan. 26 mart. REPORT.AZ/ Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb. Ölənlərin Bərdə rayon sakini olduğu bildirilir. 

Hadisə yerinə DYP əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının maşınları cəlb edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi