Salyanda yol qəzası olub, yaralananlar var - YENİLƏNİB
- 02 iyul, 2019
- 05:46
Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə zamanı Masallı rayon sakinləri - 1989-cu il təvəllüdlü İlham Hüseyn oğlu Qəmbərov, 1990-cı il təvəllüdlü Cəmilə Qurban qızı Əliyeva, 1964-cü il təvəllüdlü Hikmət Sabir Oğlu Məmmədov və 1978-ci il təvəllüdlü Ədalət Hidayət oğlu Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
*** 08:21
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, yol qəzası nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.