Salyanda yol qəzası olub, İran vətəndaşı xəsarət alıb

Hadisə
  • 01 may, 2019
  • 19:00
Salyanda yol qəzası olub, İran vətəndaşı xəsarət alıb

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İran İslam Respublikası vətəndaşı, 1970-ci il təvəllüdlü Əxbəri Cabir Qaçay oğlu idarə etdiyi ağırtonnajlı yük maşını ilə hərəkətdə olarkən anidən idarəetməni itirib və dəmir-beton maneyəyə çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı arşdırma aparılır.