Salyanda yol qəzası baş verib: ölən və yaralanan var - YENİLƏNİB
- 08 avqust, 2018
- 06:07
Salyan. 8 avqust. REPORT.AZ/ Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Nəticədə "Mercedes" markalı avtomobillərdən birinin sürücüsü, Lənkəran şəhər sakini, 1971-ci il təvəllüldü Bəxtiyar Xanoğlan oğlu Əzizov hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
***08:58
Salyan. 8 avqust. REPORT.AZ/ Salyanda 1 nəfərin ölümü və 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ələt-Astara magistral yolunda hərəkətdə olan “Mersedes” markalı avtomobilə digər minik avtomobili arxadan çırpılıb. Nəticədə həmin minik avtomobilində olan bir nəfər şəxs hadisə yerində dünyasını dəyişib. “Mercedes”də olan, 1983-cü il təvəllüdlü, Qaradağ rayon sakini Qasımov Xəyal Əli oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.