Salyanda ağır yol qəzası zamanı ölən 4 qadının hamısının şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB-3

Salyanda ağır yol qəzası zamanı ölən 4 qadının hamısının şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB-3 Qəza nəticəsində daha 2 nəfər yaralanıb
Hadisə
538
19 Sentyabr , 2017 23:28
Salyanda ağır yol qəzası zamanı ölən 4 qadının hamısının şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB-3
Foto: Report.az

Foto əlavə olunub


***22:54

Salyan. 19 sentyabr. REPORT.AZ/ Salyanda ağır yol qəzası zamanı ölən 4 qadının hamısının şəxsiyyəti məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, bunlar soyadları və təvəllüdləri hələ ki, məlum olmayan Vəfa, Gilas, Arzu və Sevincdir. Onların meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə təhvil verilib


***22:24

Salyan. 19 sentyabr. REPORT.AZ/ Salyanın Sarvan kəndində ağır yol qəzası nəticəsində ölən 4 nəfərdən ikisinin şəxsiyyəti məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, qəza "18-BX-161" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik maşını ilə "15 BL-860" dövlət qeydiyyat nişanlı "Mercedes"in toqquşması nəticəsində baş verib.

Hadisə yerində 4 qadın ölüb. Onlardan birinin adı Arzu, digərininki isə Sevincdir. Qadınlar Ələt-Astara magistral yolunun hələ istifadəyə verilməyən hissəsinin tikintisi ilə məşğul olan şirkətin əməkdaşları olublar.

Qadınlardan 3-ü Salyanın Stansiya yaşayış massivi (20 Yanvar küçəsi), digər biri isə Plastik yaşayış massivinin sakini olub.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


***21:09

Salyan. 19 sentyabr. REPORT.AZ/ Salyanda 4 nəfərin olümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, avtomobillərin toqquşması nəticəsində 4 qadın hadisə yerində dünyasını dəyişib.

Yerli sakinlərin sözlərinə görə, qəza nəticəsində yaralananlar da olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi