Salyanda yaşlı qadını maşın vurub

Salyanda yaşlı qadını maşın vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Yanvar , 2017 19:04
Salyanda yaşlı qadını maşın vurub

Salyan. 13 yanvar. REPORT.AZ/ Salyan rayonunda yaşlı qadını avtomobil vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qarabağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 71 yaşlı Fəxrəddin Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobill yolu keçmək istəyən 65 yaşlı Asiya İbrahim qızı Ağamalıyevanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralını hadisəni törədən sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi