Salyanda yaşayış evində yanğın olub

Salyanda yaşayış evində yanğın olub Salyan şəhərində fərdi yaşayış evində yanğın başlayıb.
Hadisə
22 Avqust , 2021 08:15
Salyanda yaşayış evində yanğın olub

Salyan rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

2021-08-21 23:44

Salyan şəhərində fərdi yaşayış evində yanğın başlayıb.

“Report”un Aran bürosunun məlumatına görə, yanğın şəhərin Sabir Salahov küçəsində, Oqtay Abıyevə məxsus evdə qeydə alınıb.

Hadisə yerinə Salyan rayon Dövlət yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Son xəbərlər

Orphus sistemi