Salyanda yanğın zamanı 2 nəfər ölüb - YENİLƏNİB

Hadisə
  • 26 fevral, 2017
  • 04:07
Salyanda yanğın zamanı 2 nəfər ölüb - YENİLƏNİB

Salyan. 26 fevral. REPORT.AZ/ Salyan rayonunda yanğın zamanı 2 nəfər tüstüdən boğularaq ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şəkərli kəndində qeydə alınıb.

Kənddə ümumi sahəsi 100 kv. m. olan 1 mərtəbəli fərdi yaşayış evi yanıb. Yanğın zamanı ev sahibləri, 74 yaşlı Əhmədalı Qayıbalı oğlu Əliyev və 83 yaşlı Zemfira İsa qızı Əliyeva tüstüdən boğulub.

Faktla bağlı araşdırma aparılır.