Salyanda orta yaşlı kişini ilan sancıb

Salyanda orta yaşlı kişini ilan sancıb Hadisə yonca sahəsində ot yığarkən baş verib
Hadisə
10 May , 2017 21:22
Salyanda orta yaşlı kişini ilan sancıb

Salyan. 10 may. REPORT.AZ/ Salyan rayonunda ilansancma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qardili kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 37 yaşlı kənd sakini Rəhim Əliyar oğlu Manafov yonca sahəsində biçilmiş ot yığarkən ayağından ilan sancıb. O, dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, zəhər əleyhinə zərdab vurulduqdan sonra müəssisənin Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi