Salyanda inək yol qəzasına səbəb olub, 1 nəfər xəsarət alıb

Salyanda inək yol qəzasına səbəb olub, 1 nəfər xəsarət alıb Salyan. 19 noyabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
19 Noyabr , 2018 23:42
Salyanda inək yol qəzasına səbəb olub, 1 nəfər xəsarət alıb

Salyan. 19 noyabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Dayıkənd kəndi ərazisində "Mitsubishi" markalı avtomobil hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvanın çıxması nəticəsində idarəetməni itirərək aşıb.

Avtomobilin sürücüsü xəsarətsiz ötüşsə də, salonda olan sərnişin, Neftçala rayonunun 1957-ci il təvəllüdlü Xolqarabucaq kənd sakini Qasımova Gülnisə Səfəralı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Salyanda maşın piyadanı vuraraq öldürüb.

Son xəbərlər

Orphus sistemi