Salyanda iki minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb

Salyanda iki minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb Salyan. 6 oktyabr. REPORT.AZ/ Salyanda iki minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb.
Hadisə
6 Oktyabr , 2018 10:54
Salyanda iki minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb

Salyan. 6 oktyabr. REPORT.AZ/ Salyanda iki minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyanın Qaraçala qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Salyan-Şirvan avtomobil yolunda hərəkətdə olan iki “Mersedes” markalı avtomobilin toqquşması nəticəsində Qaraçala sakini, 1976-cı il təvəllüdlü Məmmədov Sübhan Hüseynqulu oğlu müxtəlif dərəcəli xəsarət alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi