Salyanda iki maşın toqquşub, 1 nəfər xəsarət alıb
Hadisə
- 26 yanvar, 2019
- 16:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Salyan. 26 yanvar. REPORT.AZ/ Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.
“Mercedes” və “Jiquli" markalı avtomobillərin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Şəkərli kənd sakini, 1977-ci il təvəllüdlü Mirzəyev Rafət Baxış oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Son xəbərlər
12:01
SOCAR Əliağada ildə 850 min ton gücündə polietilen istehsalı kompleksi tikəcək
Energetika
11:57
Əbu-Dabidə Ukrayna nümayəndə heyətinin Aİ və ABŞ nümayəndələri ilə görüşü başlayıb
Digər ölkələr
11:55
Yol polisi səfərdən geri qayıdan sürücülərə müraciət edib
Hadisə
11:49
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
Xarici siyasət
11:47
"Azsığorta"nın xalis mənfəəti 63 %-dən çox azalıb
Maliyyə
11:45
İlham Əliyev Ərdoğana başsağlığı verib
Xarici siyasət
11:34
Şəkiyə 33 sm qar yağıb - Faktiki hava
Ekologiya
11:32
SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq
Energetika
11:30
"Azərbaycan Sənaye Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə