Salyanda azyaşlı üstünə qaynar su tökülməsi nəticəsində yanıq xəsarətləri alıb

Salyanda azyaşlı üstünə qaynar su tökülməsi nəticəsində yanıq xəsarətləri alıb Körpə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib
Hadisə
2 İyun , 2017 22:03
Salyanda azyaşlı üstünə qaynar su tökülməsi nəticəsində yanıq xəsarətləri alıb
Courtesy İmage

Salyan. 2 iyun. REPORT.AZ/ Salyanda 1 yaşlı uşaq yanıq xəsarətləri alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında, rayonun Xələc kəndində baş verib. Belə ki, həmin kənddə yaşayan Elcan Şamxal oğlu Əlicanov valideynlərinin diqqətindən yayınaraq qaynar çaydanı üstünə aşırıb.

Nəticədə E.Əlicanov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Körpə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. 

Son xəbərlər

Orphus sistemi