Salyanda avtomobil qadın piyadanı vurub

Salyanda avtomobil qadın piyadanı vurub Salyan. 6 sentyabr. REPORT.AZ/ Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı qadın piyada xəsarət alıb.
Hadisə
6 Sentyabr , 2018 11:12
Salyanda avtomobil qadın piyadanı vurub

Salyan. 6 sentyabr. REPORT.AZ/ Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı qadın piyada xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1970-ci il təvəllüdlü Abışova Südbə Qulam qızı yolu keçmək istəyən zaman “Mercedes” markalı minik avtomobili onu vurub. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alan qadını Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi