Salyanda avtomobil maneəyə çırpılıb, 28 yaşlı gənc xəsarət alıb

Hadisə
  • 21 may, 2019
  • 04:23
Salyanda avtomobil maneəyə çırpılıb, 28 yaşlı gənc xəsarət alıb

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Aran bürosunun verdiyi məlumata görə, Yenikənd kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov İlkin İmran oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.