Salyanda qəzada xəsarət alan 11 nəfərdən biri ölüb - YENİLƏNİB-2

Salyanda qəzada xəsarət alan 11 nəfərdən biri ölüb - YENİLƏNİB-2 Salyanda baş verən yol qəzasında xəsarət alanlar var.
Hadisə
18 Noyabr , 2023 22:03
Salyanda qəzada xəsarət alan 11 nəfərdən biri ölüb - YENİLƏNİB-2

Salyanda qəzada xəsarət alan 11 nəfərdən biri ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, rayonun Qırxçıraq kənd sakini, 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xalıq oğlu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

21:08

Salyanda qəza zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Aşağı kürkənd kəndi ərazisindən keçən hissəisndə qeydə alınıb.

Belə ki, mikroavtobus yük maşını ilə toqquşub və nəticədə 11 nəfər xəsarət alıb.

Yaralıların ad və soyadları aşağıdakı kimidir -

Zalıyev Səbuhi Rüfət oğlu-2003-cü il təvəllüdlü

Məlikzadə Fərid Xalıq oğlu-2008-ci il təvəllüdlü

Məmmədova Aynur Mirzağa qızı-1997-ci il təvəllüdlü

Məlikova Elnurə Xoşbəxt qızı-1990-cı il təvəllüdlü

Səmədova Xanım Etibar qızı-2000-ci il təvəllüdlü

Əkbərova Nübar Alışalı qızı-1991-ci il təvəllüdlü

Hətəmova Fatimə Xalıq qızı-1999-cu il təvəllüdlü

Mikayılova Püstəxanım Hafiz qızı-1994-cü il təvəllüdlü

Bağırlı Səbinə Zülfüqar qızı-1991-ci il təvəllüdlü

Məmmədova Mələk Azad qızı-2017-ci il təvəllüdlü

Məmmədova Nuray Azad qızı-2018-ci il təvəllüdlü

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

18:32

Salyanda baş verən yol qəzasında xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının rayonun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Mikroavtobusun yük maşını ilə toqquşması ilə nəticəsində 11 nəfər xəsarət alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi