Salyanda 46 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

Salyanda 46 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb O, kürək və dirsək nahiyələrindən kəsilmiş-deşilmiş yaralar ilə xəstəxanaya yerləşdirilib
Hadisə
28 İyun , 2017 08:10
Salyanda 46 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

Salyan. 28 iyun. REPORT.AZ/ Salyanın Babazanan yaşayış massivində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, 46 yaşlı yerli sakin Vüqar Rafət oğlu Səfərov kürək və dirsək nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada yaralıya ilkin tibbi yardım göstərilib. Xəstənin yaxınları Vüqar Səfərovun Ceyhun adlı qonşusu tərəfindən bıçaqlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi