Salyanda 32 yaşlı qadın intihar edib - YENİLƏNİB
- 29 iyun, 2019
- 18:55
Salyanda intihar hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kolanı kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1987-ci il təvəllüdlü Xəlilova İradə Pərvaz qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
*** 21:38
Salyan rayonunda gənc qadın intihar edib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə Kolanı kəndində qeydə alınıb.
Belə ki, hələlik adı məlum olmayan gənc qadın özünü yaşadığı evdə asraq öldürüb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyanayon şöbəsinə yerləşdirilib.