Yuxarı
    Bağlamaq

    Salyanda 3 azyaşlı su çəninin altında qalaraq ağır xəsarət alıb

    Yaralılardan yalnız birinin vəziyyəti qənaətbəxşdir© Foto: Report.az

    Salyan. 29 iyun. REPORT.AZ/ Salyanın Peyk kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

    “Report”un Aran bürosu xəbər verir ki, Şamaxının Salox kəndindən Salyandakı qohumlarıgilə gələn 4 yaşlı Rasim Yunus oğlu Məmmədli, onun bacısı 2 yaşlı Şahanə Məmmədli və qohumları 5 yaşlı Fatimə Mehdi qızı Osmanova həyətdəki boş su çəni ilə oynayan zaman çən onların üzərinə düşüb.

    Nəticədə uşaqların hər üçü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib. Bacı-qardaşın vəziyyəti ağır olduğundan onların Bakıya göndərilməsi planlaşdırılır. Digər uşaq isə ambulator müalicəyə göndərilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi