Salyanda 22 yaşlı qadın intihar edib - YENİLƏNİB

Salyanda 22 yaşlı qadın intihar edib - YENİLƏNİB
Hadisə
6 İyul , 2019 18:23
Salyanda 22 yaşlı qadın intihar edib - YENİLƏNİB

Salyan rayonunda yaşadığı mənzildə özünü kəndirlə asaraq intihar edn gənc qızın şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosunun verdiyi məlumata görə, bu, Salyan şəhər X.R.Ulutürk prospektində yaşayan, 1998-ci il təvəllüdlü Bəşirova Vəfa Ramazan qızı olub. 

Hələlik intiharın səbəbləri məlum deyil. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 16:59

Salyan rayonunda gənc qadın intihar edib.

"Report"un Aran bürosunun məlumatına görə, hələlik adı məlum olmayan gənc qadın özünü yaşadığı evdə asaraq öldürüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi