Salyanda 18 yaşlı oğlan bıçaqlanıb - YENİLƏNİB

Hadisə
  • 01 fevral, 2019
  • 05:57
Salyanda 18 yaşlı oğlan bıçaqlanıb - YENİLƏNİB

Salyan. 1 fevral. REPORT.AZ/ Salyan rayonunun Xələc kəndində bıçaqlanaraq yolun kənarına atılan gəncin adı məlum olub.

"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədov Nicat Zaman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ətrafdakıların köməyi ilə dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanadan bildirilib ki, N.Məmmədov bel və sol bud nahiyəsindən bıçaq yarası alıb, vəziyyəti orta-ağır olaraq qalır. 

Faktla bağlı araşdırma aparılır.


*** 08:21

Salyan. 1 fevral. REPORT.AZ/ Salyan rayonunda bıçaqlanma olub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb. 

Belə ki, hələlik adı məlum olmayan kənd sakini bıçaqlanaraq yolun kənarına atılıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralı gənc "təcili yardım" maşınları ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə baxış keçirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.