Yuxarı

Salyanda 16 yaşlı qızı avtomobil vurub

Salyanda 16 yaşlı qızı avtomobil vurub
Faktla bağlı araşdırma aparılır
© Courtesy İmage

Salyan. 10 mart. REPORT.AZ/ Salyan rayonunda 16 yaşlı piyadanı avtomobil vurub. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb. 

Həmin küçədə, ev 241 ünvanında yaşayan Ləman Qubad qızı Qubadovanı ictimai nəqliyyatdan düşüb yolu keçmək istəyərkən avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi