Salyan sakininin evindən ov tüfəngi götürülüb

Hadisə
  • 06 noyabr, 2019
  • 08:07
Salyan sakininin evindən ov tüfəngi götürülüb

Salyan rayon sakinindən sənədləri olmayan ov tüfəngi aşkar edilib.

Bu barədə "Report"un Aran bürosuna DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xalac kənd sakini M.Abıyevin evindən müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə