Salyan sakinindən 48 qramdan artıq tiryək aşkarlanaraq götürülüb - FOTO

Salyan sakinindən 48 qramdan artıq tiryək aşkarlanaraq götürülüb - FOTO O, rayon polisinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbirləri zamanı tutulub
Hadisə
1 Fevral , 2018 21:56
Salyan sakinindən 48 qramdan artıq tiryək aşkarlanaraq götürülüb - FOTO

Salyan. 1 fevral. REPORT.AZ/ Salyan rayon Polis şöbəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

“Report”un Aran bürosu xəbər verir ki, əməliyyat zamanı Salyan şəhər sakini, 1994-cü il təvəllüdlü Fərəcov Seyfəddin Xanoğlan oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli yarımqol dəri gödəkçəsinin sol yan cibindən 7 ədəd sellofan bükümdə, təmiz çəkisi 19,577 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Sonra onun idarə etdiyi “VAZ-2106” markalı "10-KC-147" dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 28,606 qram narkotik maddə və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi