Qeyd edək ki, E.Salahov əvvəllər analoji cinayətlər etdiyi üçün məhkum olunub. Faktla bağlı Salyan RPŞ-də araşdırmalar davam etdirilir.
Salyan rayonunda külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb
Hadisə
18 Sentyabr , 2014
14:24


Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanın Salyan rayonunda külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb. “Report”un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, narkotik vasitələr rayon sakini Elşən Salahovdan götürülüb. Salyan rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Salahovun evindən 52,56 qram tiryək, 3,79 qram həşiş, habelə həyətindəki yardımçı otaqdan 2 kiloqram 12,4 qram marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu aşkar olunub.
Son xəbərlər
