Yuxarı

“Sahil” bağında it gəzdirən oğlanı qətlə yetirən şəxsin görüntüsü yayılıb - FOTO

1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. 8 yanvar. REPORT.AZ/ Bakıda “Sahil” bağında it gəzdirən oğlanı qətlə yetirən şəxsin görüntüsü yayılıb. “Report”un məlumatına görə, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, E.Çobanov yanvarın 6-da Səbail rayonunda yerləşən "Sahil" bağında Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə xəstəxanaya yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi