Yuxarı

Sahibkarlığa Kömək Milli Fondu “Bank of Azerbaijan”ı məhkəməyə verib

SKMF kredit, faiz və cərimə borclarının ödənilməsi barədə iddia qaldırıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Bank of Azerbaijan” ASC-ni məhkəməyə verib. “Report”un xəbərinə görə, SKMF kredit, faiz və cərimə borclarının ödənilməsi barədə iddia qaldırıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib.

Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qətnamə qəbul edib.

Azərbaycan Ali Məhkəməsi isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək işi yenidən apelyyasiya baxışına qaytarıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi